Haqqımızda


“BSBE” MMC  şirkəti 2012-ci ilin aprel ayından qiymətləndirmə, hüquq, təlim sahəsində fəaliyyət göstərir. Şirkətimiz geniş təcrübəyə malik olaraq, bütün növ daşınmaz və daşınan əmlakın, nəqliyyat vasitələrinin, biznesin və digər mülkiyyət növlərinin Azərbaycan Respublikasının “Qiymətləndirmə fəaliyyəti” haqqında Qanununa, həmçinin digər qanunvericilik aktlarına əsaslanaraq beynəlxalq qiymətləndirmə standartlarına və prinsiplərinə uyğun şəkildə müxtəlif metodlarla qiymətləndirilməsi üzrə xidmətlərini həyata keçirir.

Şirkətimiz peşəkar komandadan ibarət olmaqla, müştəri məmnuniyyətinin daim yüksək təmin edilməsini qarşısına əsas məqsəd olaraq qoymuşdur. “BSBE” MMC  tərəfindən Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələrinin qiymətləndirilməsi beynəlxalq standartlara tam uyğun şəkildə həyata keçirilmişdir.

Şirkətimiz bütün növ hüquqi xidmətlər göstərən consulting şirkətidir. Şirkətimiz əsasən əmək, əmlak və qeyri əmlak, kommersiya, sığorta, bank və məhkəmə prosesləri ilə bağlı xidmət göstərir. 

Şirkətimiz risklərin idarə olunması, marketinqin əsasları idarəetmə və liderlik, müştərilər ilə əlaqələrin idarə edilməsi, satış bacarıqlarının inkişafı, maliyyə təhlili istiqamətlərində təlim xidmətləri göstərir. Təlimlərimiz başa çatdıqdan sonra sertifikatlarımız təqdim olunur